MSK-da Müstəqil Media Mərkəzi yaradıldı – FOTO

Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçki-2020” Müstəqil Media Mərkəzi yaradılıb.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bu gün MSK sədri Məzahir Pənahov və MSK üzvlərinin iştirakı ilə “Seçki-2020” Müstəqil Media Mərkəzinin açılışı olub.

Yerli və beynəlxalq KİV-lərin asan və sərbəst məlumat əldə etmələri üçün “Seçki-2020” Müstəqil Media Mərkəzində yaradılan şəraitlə tanış olan MSK sədri M.Pənahov seçki subyektlərinə göstərilən xidmətin keyfiyyətini və səmərəliliyini daha da yüksəltmək üçün tövsiyələrini verib.

MSK sədri jurnalistlərə açıqlamasında bildirib ki, Milli Məclisə seçkilər dövründə fasiləsiz fəaliyyət göstərəcək “Seçki-2020” Müstəqil Media Mərkəzində mətbuat konfransları keçirmək və bəyanatlar vermək üçün şərait yaradılıb: “Seçki-2020″ Müstəqil Media Mərkəzinin www.seçki-2020.az internet saytı artıq Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Səhifədə seçki prosesinin gedişi ilə bağlı məlumatlar, səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatlar yerləşdirilir. Eləcə də seçkilərə dair foto və videogörüntülər təqdim olunur”.


Bütün xəbərlər