Dünyada koronavirusa yoluxanların sayı 3,5 milyonu ötdü

Dünyada koronavirus qurbanlarının sayı 245 mini ötüb.

İnterval.Az-ın məlumatına əsasən, bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, pandemiya ərzində COVID-19 infeksiyasının qeydə alındığı ölkələrdə virusdan ölənlərin ümumi sayı 245 048 nəfər təşkil edir.

Bundan başqa, dünyada ümumilikdə 3 500 634 insan koronavirusla bağlı analizlərin müsbət nəticəsini alıb, COVID-19-a yoluxmuş 1 128 450 insan sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Bütün xəbərlər