“Cadenza Contemporary Orchestra”“B-C-B” adlı konsertini keçirdi – VİDEO – FOTO

Interval.Az bildirir ki,     “Cadenza Contemporary Orchestra” Beynəlxalq Muğam Mərkəzində “B-C-B” adlı 2023-cü ilin ilk konsertini keçirtdi. Konsertdən əvvəl aparıcı-musiqişünas Şəfaqət Məmmədova orkestrin missiyası və  həyata keçirdiyi layihələr, konsertlər barədə qısa məlumat verdi. Həmçinin orkestrin saytı cadenzaorchestra.com ilk dəfə ictimaiyyətə təqdim olundu.  Daha sonra dahi alman bəstəkarı İ.S.Bax (solistlər Günel Quliyeva, Zülfiyyə Muxtarova) və XX əsrin ən fərqli bəstəkarlarından olan Con Keycin (solist Zərif Kərimova) konsertləri ifa olundu. C.Keycin Azərbaycanda ilk dəfə ifa olunan əsəri orkestri hər zaman çağdaş və fərqli konsert proqramı ilə dinləyənləri növbəti dəfə təəccübləndirdi. Bu dəfə ifaçılar sadəcə səhnədə yox, həm də auditoriyada yer almışdı. Əsərin konseptinə, bəstəkarın istəyinə uyğun olaraq 21 dəqiqə davam edən və zalın dörd tərəfində eşidilən bu möhtəşəm səs kompozisiyası kosmik ahəng yaratmışdı. “B-C-B” (Bach-Cage-Bach) ardıcıllığı üzərində qurulmuş konsertdəilk ifa do minor konserti olsa da, major boyalı final – Do major konsertinin parlaq ifası ilə son çatdı.

Nərmin Cabbarova   

Interval.Az

Məqaləyə dair fotomateriallar:

 


Bütün xəbərlər