Prezident İlham Əliyev: Əminəm ki, Azərbaycan gəncləri fitnələrə heç vaxt uymayacaqlar

Əminəm ki, Azərbaycan gəncləri bu fitnələrə heç vaxt uymayacaq

Interval.Az xeber verir ki, bu fikirləri Prezident İlham Əliyev gənclərlə görüşdə gənclərin suallarını cavablandırarkən bildirib.

Prezident İlham Əliyev bildirib ki, hazırda da Azərbaycana qarşı informasiya təxribatları davam edir. Amerika Prezidenti Donald Tramp “Washington Post” və “New York Times” qəzetlərini feyk-nyus adlandırıb. Bu feyk-nyus artıq siyasi mübarizənin bir üsuluna çevrilib. Yalan məlumat ötürülür, ondan sonra əldə olan əlaltılar vasitəsilə bu yalan məlumat ətrafında müzakirə aparılır, sanki bu, bir həqiqətdir. “İdarə edənlər də eyniləridir, yəni, qeyri-hökumət təşkilatları, dünyanın əsas qeyri-hökumət təşkilatları”, – deyən dövlətimizin başçısı “Freedom House”, “Amnesty İnternational”, “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar”, Soros və onun nəzarəti altında olan qurumların böyük dövlətlərin büdcələrindən maliyyələşdiyini və hədəfin Azərbaycan olduğunu diqqətə çatdırıb.

“Bu səylər davam edəcək. Nə qədər ki, biz dövlətçiliyin keşiyində dayanmışıq, müstəqil siyasət aparırıq, bu davam edəcək” deyən Prezident İlham Əliyevin sözlərinə görə, gələcəkdə bu ölkənin məsuliyyətini öz üzərinə götürən gənclər elə etməldirlər ki, heç vaxt onlar bizə qalib gəlməsinlər.

“Azərbaycan gəncləri əminəm ki, bu fitnələrə heç vaxt uymayacaqlar. Azərbaycan gəncləri həm mülki həyatda, həm orduda, həm sərhəddə – hər yerdə öz böyüklüyünü dəfələrlə göstərmişlər və əminəm ki, dövlətimizin ləyaqətinin qorunması işində bundan sonra da fəal və uğurlu olacaqlar”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Interval.Az


Bütün xəbərlər