Məhsəti Hüseynova qardaş Türkiyədə “İlin Ən Yaxşı Sağlam Qidalanma Mütəxəssisi” Mükafatına layiq görüldü.

 

Interval.Az bildirir ki,   Azərbaycanda ilk sağlam qidalanma mütəxəssisi olaraq fəaliyyətə göstərən Məhsəti Hüseynovanın il ərzində sağlam qidalanma və qida təhlükəsizliyi sahəsində gördüyü işlər qardaş Türkiyəmiz tərəfindən diqqətdən kənarda qalmadı. Türkiyədə hər il təşkil edilən “Altın Kelebek Ödülleri” tərəfindən həyata keçirilən sənət və musiqi dünyasının əhəmiyyətli insanlarının mükafatlandırıldığı “Güneş Ödülleri” Mükafatlandırma mərasimində Məhsəti Hüseynova “İlin Ən Yaxşı Sağlam Qidalanma Mütəxəssisi” Mükafatına layiq görüldü.

Media nümayəndələrinə açıqlama verən Məhsəti Hüseynova “Bu gün uğurumuzun nailiyyətlərini bu mükafatla bir daha qeyd edirik. Mən fəxr edirəm ki, Sağlam Qidalanma və Qida Təhlükəsizliyi sahəsindəki fəaliyyətim Türkiyəmiz tərəfindən mükafatlandırılıb. Çünki bütün işlərim sağlam Türkiyə və Azərbaycan gəncləri və onların gələcəyi üçündür. Günəş Mükafatlarının verilməsində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm, təşəkkür edirəm. Biz də dayanmırıq. Çox yaxında yeni layihələrdə pərəstişkarlarımızla görüşəcəyik” dedi.

Qeyd edək ki, Məhsəti Hüseynova Sağlam Qidalanma Mütəxəssisi olmaqla yanaşı həm də “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri və Qida Təhlükəsizliyi Hərəkatının da rəhbəridir.
Bu ilin may ayında Məhsəti Hüseynovanın rəhbərliyi ilə Bakıda “Sağlam Qidalanma və Qida Təhlükəsizliyi forumu” həyata keçirilib. Forumun keçirilməsində əsas məqsəd sağlam qida istehlakçılarını məlumatlandırmaq, qida təhlükəsizliyi sahəsində görülən işlər barəsində ictimaiyyəti məlumatlandırmaq və maarifçilik işi həyata keçirməkdən ibarətdir. Forum çərçivəsində layihə rəhbəri Məhsəti Hüseynovanın təqdimatında “Qida Qatqı Maddələri” adlı kitab, “saglamqida.az” saytı və Azərbaycanda ilk dəfə olan “E kod” mobil tətbiqi iştirakçılara və vətəndaşların istifadəsinə təqdim olunub.

Z.Yunisov

Interval.Az


Bütün xəbərlər