Ötən il Azərbaycan vətəndaşları Türkiyədə 1,1 mindən çox daşınmaz əmlak alıblar

2019-cu ildə Azərbaycan vətəndaşları Türkiyədə 1191 daşınmaz əmlak əldə edib ki, bu da 2018-ci illə müqayisədə 59 obyekt azdır.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, statistikaya əsasən, Azərbaycan vətəndaşları 2019-cu ilin dekabr ayında Türkiyədə 146 daşınmaz əmlak əldə edib. Bu, 2018-ci ilin dekabrı ilə müqayisədə 20 obyekt azdır.

2019-cu ildə Türkiyədə 1,348 milyon daşınmaz əmlak satılıb ki, bu da 2018-ci illə müqayisədə 1,9 faiz azdır.

Ötən il Türkiyədə əcnəbi vətəndaşlara 45 483 daşınmaz əmlak satılıb. Bu göstərici 2018-ci illə müqayisədə 14,7 faiz çoxdur.


Bütün xəbərlər