Qaradərili ulduzdan “BAFTA”ya qarşı irqçilik ittihamı…

İngilis aktrisa-müğənni Sintiya Erivo “BAFTA-2020” mükafat gecəsinə etiraz edib.

İnterval.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 33 yaşlı Erivo “ən yaxşı aktrisa” və “ən yaxşı köməkçi aktrisa” nominasiyalarında irqçiliyə yol verildiyini bildirib. Qaradərili olan məşhur sima ağdərili tanınmışlar arasında tək olduğunu qeyd edərək iki fevralda keçiriləcək gecədə səhnəyə çıxmaqdan imtina edib.

“BAFTA”nın film komitəsinin sədri Mark Samuelson da namizədlərin bu cür seçilməsinə qarşı olduğunu söyləyib. Samuelson “ən yaxşı rejissor” kateqoriyası üzrə bütün namizədlərin bəy olmasına görə təəssüfləndiyini qeyd edib.

“BAFTA-2020” mükafatları üçün “ən yaxşı aktrisa” namizədlərinin Cessi Bakli (Wild Rose), Skarlett Yohansson (Marriage Story), Sirşa Ronan (Little Women), Şarliz Teron (Bombshell), Rene Zellveqer (Judy), “ən yaxşı aktyor” namizədlərinin isə Leonardo DiKaprio (Once Upon a Time in Hollywood), Adam Drayver (Marriage Story), Teron Ecerton (Rocketman), Xoakin Feniks (Joker), Conatan Prays (The Two Popes) olduğu açıqlanıb.

“Ən yaxşı köməkçi aktrisa” üzrə Lora Dern (Marriage Story), Skarlett Yohansson (Jojo Rabbit), Florens Pyu (Little Women), Margo Robbi (Bombshell), Margo Robbi (Once Upon a Time in Hollywood), “ən yaxşı köməkçi aktyor” Tom Henks (A Beautiful Day in the Neighborhood), Entoni Xopkins (The Two Popes), Al Paçino (The Irishman), Co Peşi (The Irishman) və Bred Pittin (Once Upon a Time in Hollywood) namizəd olduqları qeyd olunub.


Bütün xəbərlər