Zelenski Türkiyədən bu döyüşçülərlə geri döndü – FOTO

“Azovstal” metallurgiya zavodunun müdafiəsinə başçılıq edən bütün ukraynalı komandirlər Rusiya əsirliyindən azad olunublar.

İnterval.Az  xəbər verir ki,  bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.

“Biz Türkiyədən vətənə qayıdırıq və qəhrəmanlarımızı vətənə aparırıq”, – Zelenski bildirib.

“Ukraynalı döyüşçülər Denis Prokopenko, Svyatoslav Palamar, Sergey Volınski, Oleq Xomenko, Denis Şleqa, nəhayət, ailələrinin yanında olacaqlar”, – deyə Zelenski əlavə edib.

Yıldıray  Arslan

İnterval.Az 

Məqaləyə dair fotomateriallar:

 


Bütün xəbərlər