Bu gün əməkdar artist, mahnıları ilə ürəklərə fərqli əhval bəxş edən bəstəkar Gövhər Həsənzadənin doğum günüdür!

 

Bu gün əməkdar artist, mahnıları ilə ürəklərə fərqli əhval bəxş edən bəstəkar Gövhər Həsənzadənin doğum günüdür!

Mahnılarına obrazlardan biçilmiş libas geyindirən bəstəkar vurğunu olduğu sənətə öz imzasını atmışdır.

 

Bəstəkar 200-ə yaxın sevilən mahnılarla yanaşı Azərbaycan Respublikası Gənclərinin Himni (1996), “Olimpiyada yolları” himni (1996), “Biz varıq”(BMT Azərbaycan nümayəndəliyi) himni, “Sən qalib gələcəksən” (2008), “Sən Azərbaycanlısan”(2013) kimi layihələrin müəllifidir. 2008-ci ildə Azərbaycanı ilk dəfə Avropanın ən möhtəşəm musiqi yarışması olan “Eurovision” mahnı müsabiqəsində “Day after day” mahnısının müəllifi və kompozisiyanın bədii rəhbəri kimi yüksək səviyyədə təmsil etmişdir. 2013-cü ildə isə “Türkvizion” beynəlxalq musiqi yarışmasında yenə də Azərbaycanı ilk dəfə təmsil edərək “ Yaşa” mahnısının müəllifi və kompozisiyanın bədii rəhbəri kimi 24 türkdilli ölkələr arasında birinciliyi ölkəsinə qazandırmışdır. Bu günə qədər Azərbaycan sənətkarları ilə bərabər Türkiyyə, ABŞ və Avropada fəaliyyət göstərən Zərrin Özər, Mustafa Ceceli, Nilufer, İn-Grid, MİŞA, Pınar Aylin, Bengü, “Stodio-A”, Kaan Yalçın, Kanun Yıldırım, Zeliha Sunal, Barrbaros, Meyra, Ayla İşıl, SENEM və bir çöx peşəkar müsiqiçilər və yaradıcı kollektivlərlə çalışmışdır.

Yıldray Arslan

Interval.Az


Bütün xəbərlər