Zelenski Rusiya ilə danışıqlarda prioritetlərini açıqladı

 

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində Rusiya ilə danışıqlara dair prioritetlərini açıqlayıb.

V.Zelenski bildirib ki, Ukraynadakı müharibə ilə bağlı Rusiya ilə danışıqlara dair prioritetləri qarşıdurmanın başa çatması, təhlükəsizlik, suverenlik, ərazi bütövlüyünün bərpasıdır.

“Danışıqlara dair prioritetlərim tamamilə aydındır. Müharibənin başa çatması, təhlükəsizlik təminatları, suverenlik, ərazi bütövlüyünün bərpası, ölkəmiz üçün real təminatlar, ölkəmiz üçün real müdafiə”, – deyə V.Zelenski bildirib.

Interval.Az


Bütün xəbərlər