Gürcüstanda koronavirusdan daha 33 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 23 134 yoluxma halı qeydə alınıb, 33 nəfər ölüb.

Interval.Az bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 295 505, ölənlərin sayı isə 15 174 nəfərə çatıb. Virusa yoluxanlardan 1 071 560 nəfərin sağaldığı bildirilib.

Interval.Az


Bütün xəbərlər