İranlı general: “Raketlərimiz növbəti dəfə 4-5 min insanı öldürəcək”

İraqdakı ABŞ hərbi bazalarına raket hücumu bölgədə geniş miqyaslı əməliyyatın başlanğıcıdır.

İnterval.Az redaktor.az-a istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı general Əmirəli Hacızadə bildirib. O qeyd edib ki, ABŞ-ın raket hücumlarına cavabı olsaydı, İran daha sərt tədbirlər görəcəkdi:

“Heç kimi öldürmək niyyətində deyildik. Əgər belə niyyətmiz olsaydı, əsgər kazarmalarını vurardıq. Məqsədimiz düşmən bazalarındakı hərbi cihazları sıradan çıxarmaq idi. Yüzlərlə raket atmağa hazır olduğumuz halda, İraqdakı bazalara 13 raket atdıq. ABŞ bizə cavab versə, ikinci və üçüncü mərhələlərdə itki 4-5 min nəfərə çatacaq.

General əlavə edib ki, ABŞ prezidenti Donald Trampın öldürülməsi belə Qasım Süleymaninin qisası üçün bəs etmir.


Bütün xəbərlər