Gürcüstan XİN-dən Gəncə qapıları ilə bağlı

 

Gəncə qapıları məsələsi Gürcüstan-Azərbaycan ikitərəfli əlaqələrinin gündəliyində deyil.

Interval.Az bildirir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mari Narçemaşvili deyib. Bildirib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və iki ölkə arasında mədəniyyət sahəsində geniş əməkdaşlıq əlaqələri var.

“Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bu ölkələrimiz arasında genişmiqyaslı iqtisadi əməkdaşlıqla təsdiq edilib. Gəncə qapıları məsələsinə gəlincə bu, Gürcüstan və Azərbaycan arasında ikitərəfli əlaqələrin gündəliyində deyil. Müvafiq olaraq, bu məsələ Azərbaycan və Gürcüstan arasında hökumətlərarası birgə iqtisadi komissiyasının protokolunda əks olunmayıb”, – deyə XİN rəsmisi bildirib.

Interval.Az


Bütün xəbərlər