İran ABŞ-a qarşı, britaniyalılar üz-üz

Bu gün DÇ-2022-də B qrupunda mübarizəyə yekun vurulacaq.

IntervalAz -a istinadən bildirir ki, qrup mərhələsinin III turunun hər iki oyunu eyni vaxtda start götürəcək.

1/8 finala iki vəsiqənin sahibinin müəyyənləşəcəyi qarşılaşmalarda bütün komandaların qrupdan çıxmaq şansı qalıb. Uelslə üz-üzə gələcək İngiltərəyə bunun üçün üç top fərqi ilə uduzmaq da yetər. Qaret Beyl və komandası britaniyalıların duelində qalib gəlməli, üstəlik digər qarşılaşmadan heç-heçə xəbəri gözləməlidir. Digər oyundan asılı vəziyyətə düşməmək üçün uelslilər möcüzə etməli və ən azı 4 top fərqi ilə qələbə qazanmalıdır.

Təkcə günün deyil, bəlkə də bütün qrup mərhələsinin ən prinsipial duelində İranla ABŞ qarşılaşacaq. Üç xal qazanacaq komanda 1/8 finala yüksələcək. Asiyalılara bir xal da kifayət edə bilər. Amma bunun üçün Uels qalib gəlməməlidir.

Qeyd edək ki, üç komanda II turdan sonra 1/8 finala yüksəlib. Bu yığmalar Fransa, Braziliya və Portuqaliyadır.

DÇ-2022, qrup mərhələsi
B qrupu
III tur, 29 noyabr
23:00. Uels – İngiltərə 0:0
23:00. İran – ABŞ 0:0

1İngiltərə21106-24
2İran2
014-63
3ABŞ20201-12
4Uels2011

Zamiq Yunisov

IntervalAz 


Bütün xəbərlər