“Azərbaycan NATO-nun yaxın tərəfdaşıdır” – FOTO

Azərbaycan NATO-nun yaxın tərəfdaşıdır. Bizim əlaqələrimizin tarixi 1992-ci ilə gedir.

Interval.Az xəbər verir ki, bunu bu gün ADA Universitetində keçirilən “Davamlı Sabah üçün Qadınlar” mövzusunda yüksək səviyyəli konfransda NATO Baş katibinin ictimai diplomatiya üzrə müşaviri Baiba Braze videoformatda çıxışı zamanı deyib.

O xatırladıb ki, 1994-cü ildə Azərbaycan NATO-nun sülhməramlılar proqramına qoşulub.

“Azərbaycan və NATO arasında qarşılıqlı anlaşma var və hər ikisi beynəlxalq təhlükəsizliyə qarşılıqlı töhfə verir”- deyə o əlavə edib.

Zamiq Yunisov

Interval.Az

Məqaləyə dair fotomateriallar:


Bütün xəbərlər