Özbəkistanda torpaq sürüşməsi: yüzlərlə sakin təxliyə olundu

Özbəkistanın mərkəzi hissəsində yerləşən Nəvoi vilayətinin Zərəfşan şəhərində aramsız yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, hadisə zonasından 300 nəfər təxliyə olunub. Əhali arasında itkilərin olmadığı deyilir.

4 yaşayış evinə isə zərər dəyib.

Hazırda hadisə yerində xilasedicilər işləyir.


Bütün xəbərlər