Canəli Əkbərov evə buraxılıb

Xalq artisti Canəli Əkbərovun səhhəti ilə bağlı yeni xəbər var.

İnterval.Az axşam.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl xəstəxanaya yerləşdirilən xanəndə evə buraxılıb.

Bu haqda Əməkdar artist Babək Niftəliyev sosial şəbəkə paylaşımında qeyd edib. O, C.Əkbərovu ziyarət edib və onun səhhətinin yaxşı olduğunu vurğulayıb.

“Ustadım, Xalq artisti, şöhrət ordenli Canəli Əkbərovu ziyarətə gəldim. Allah şəfanı versin, ustadım” deyə, Babək paylaşımında qeyd edib.


Bütün xəbərlər