“Lisenziyalar və icazələr haqqında” Qanuna dəyişiklik edildi

Prezident İlham Əliyev “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

İnterval.Az  bildirir ki, sərəncamla Azərbaycan Respublikasının Nazirlər Kabineti İqtisadiyyat Nazirliyinin təklifləri nəzərə alınmaqla, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, həmçinin həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Zamiq Yunisov 

İnterval.Az 


Bütün xəbərlər