Koronavirusun yayıldığı şəhərdə insanlar anidən yerə yıxılırlar – Uxandan dəhşətli görüntülər – FOTO

Sosial şəbəkələrdə yayılan görüntülər dəhşətə gətirir.

İnterval.Az haberler-ə istinadla xəbər verir ki, kadrların ölümcül xəstəlik yayılan Uxan şəhərinin küçələrində çəkildiyi iddia olunur.

Görüntülərdə şəhərin bir neçə küçəsində yerdə huşsuz vəziyyətdə uzanan insanlar əks olunub.

İddialara görə, həmin ərazidə bu virusa yoluxan şəxslər huşunu itirərək yıxılırlar.

Qeyd edək ki, sözügedən xəstəlik artıq 900-a yaxın insana yoluxub. Koronavirusdan ölənlərin sayı 26-ya çatıb. Xəstəliyin ilk dəfə yayıldığı Uxan başda olmaqla, digər 5 şəhərə giriş-çıxış məhdudlaşdırılıb.

İlkin versiyaya görə, xəstəlik yarasa supu vasitəsi ilə insana keçib.


Bütün xəbərlər