DSX Ruben Karlenoviç Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Vardanyanın saxlanılma anı - VİDEO

  • İnterval.Az xəbər verir ki,  Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karlenoviç Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
  • Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.
  • Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilmişdir.
  • “Xəzər Xəbər” Ruben Vardanyanın saxlanılması ilə bağlı eksklüziv videogörüntülər əldə edib.
  • Həmin videogörüntüləri təqdim edirik:
  • Zamiq Yunisov
  • İnterval.Az 


Bütün xəbərlər