Ukraynada ölən rusların ailələrinə veriləcək məbləğ açıqlandı

Ukraynada həlak olan Rusiya hərbçilərinin ailələrinə 5 milyon rubl (təxminən 79 min 470 manat) veriləcək.

Interval.Az “qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin müvafiq göstəriş verib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin son məlumatına görə, Ukraynadakı hərbi əməliyyat zamanı Rusiyanın itkiləri 498 nəfər təşkil edib.

Interval.Az


Bütün xəbərlər