UEFA yeni mükafat təsis etdi

UEFA yeni mükafat təsis edib.

İnterval.Az matc.az-a istinadən xəbər verir ki, bundan sonra Çempionlar Liqasının pley-off görüşlərinin ən yaxşı futbolçuları mükafatlandırılacaq.

“Qaliblər Çempionlar Liqasının 1/8 final oyununda stadionda müəyyənləşəcək. Final fitindən sonra oyunçu vacib epizodlardakı roluna, taktiki yetkinliyə, ixtiraçılığa, üstün texnikaya və ədalətli oyun prinsiplərinə sadiqliyinə görə mükafat alacaq” – deyə, UEFA-nın rəsmi saytında bildirilib.

Qeyd edək ki, pley-off görüşləri sabah start götürəcək.


Bütün xəbərlər