Əbdürrəhman Vəzirovun dəfn olunacağı yer açıqlandı

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirov Rusiyanın paytaxtı Moskva şəhərində dəfn olunacaq.

Bu barədə “Report”un Rusiya bürosuna mərhumun yaxınları məlumat verib.

Ə.Vəzirovun həyat yoldaşının məzarının yanında torpağa tapşırılacağı gözlənilir.

Azərbaycanın Kommunist Partiyasının birinci katibi olmuş Əbdürrəhman Vəzirov vəfat edib.

Interval.az bildirir ki, bu barədə onun qohumları məlumat yayıblar.

Ə.Vəzirov 1988-1990-cı illərdə Azərbaycan SSRİ Kommunist Partiyası MK-nın 13-cü birinci katibi, SSRİ-nin Nepalda (1979-1985) və Pakistanda (1985-1988) fövqəladə və səlahiyyətli səfiri olub.

Interval.az 


Bütün xəbərlər