İtaliyada koronavirusa yoluxanların sayı 180 min ötüb

İtaliyada yeni növ koronavirusa daha 2 256 yoluxma halı qeydə alınıb.

İnterval.Az xəbər verir ki, Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.

Məlumata əsasən, ölkə ərazisində koronavirusa yoluxanların ümumi sayı 181 228 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 454 nəfər dünyasını dəyişib, ölənlərin ümumi sayı 24 114 nəfərə çatıb.


Bütün xəbərlər