Bakıda 31 yaşlı kişi narkotikdən öldü

Bakıda ölüm hadisəsi baş verib.

İnterval.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1988-ci il təvəllüdlü İsmayılov Ruslan Akif oğlu yaşadığı evdən ölü tapılıb.

Meyitin ilkin müayinəsi zamanı R. İsmayılovun qəbul etdiyi narkotikdən zəhərləndiyi müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.


Bütün xəbərlər