Bakıda yol qəzası zamanı avtomobil yandı – FOTO

Bakıda yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub.

İnterval.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, hadisə Tbilisi prospektindən 20 Yanvar dairəsi istiqamətində gedən yolda (İST Petrol yanacaqdoldurma məntəqəsinin qarşısında) baş verib:

“Nəticədə avtomobil yanıb. Əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib. Qəza səbəbindən yolda sıxlıq müşahidə olunur”.


Bütün xəbərlər