Gövhər Həsənzadənin yaradıcılıqı – FOTO/VİDEO

Azərbaycan Respublikasının Əməkdar Artisti, Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının üzvü, MESAM (Türkiye Musiki Eseri Sahipleri Meslek Birliyi)-nin üzvü, “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının Bədii Şurasının üzvü, “Müəllif Hüquqları Uğrunda” İctimayi Birliyin sədri, bəstəkar Gövhər Həsən-zadə Azərbaycanın bir çox sevilən peşəkar mahnılarının müəllifi olaraq Azərbaycandan kənarda da yaradıcılığını uğurla davam etdirir.

image-img-20220309-wa0076 image-img-20220309-wa0079 image-img-20220309-wa0082

2008-ci ildə Azərbaycanı ilk dəfə Avropanın ən möhtəşəm musiqi yarışması olan “Eurovision” mahnı müsabiqəsində “Day after day” mahnısının müəllifi və kompozisiyanın bədii rəhbəri kimi yüksək səviyyədə təmsil etmiş, 2013-cü ildə isə “Türkvizion” beynəlxalq musiqi yarışmasında yenə də Azərbaycanı ilk dəfə təmsil edərək “ Yaşa” mahnısının müəllifi və kompozisiyanın bədii rəhbəri kimi 24 türkdilli ölkələr arasında birinciliyi ölkəsinə qazandırmışdır.

image-img-20220309-wa0092 image-img-20220309-wa0093 image-img-20220309-wa0094

Bu günə qədər Azərbaycan sənətkarları ilə bərabər Türkiyyə, ABŞ və Avropada fəaliyyət göstərən Zərrin Özər, Mustafa Ceceli, Nilufer, İn-Grid, MİŞA, Pınar Aylin, Bengü, “Stodio-A”, Kaan Yalçın, Kanun Yıldırım, Zeliha Sunal, Barrbaros, Meyra, Ayla İşıl, SENEM və bir çöx peşəkar müsiqiçilər və yaradıcı kollektivlərlə çalışmışdır. Hal-hazırda Onun mahnıları vətənin sərhədlərini aşaraq bir çox ölkələrlə yanaşı həm də qardaş Türkiyyədə oxunur və yetərincə tanınır.

image-img-20220309-wa0081 image-img-20220309-wa0077 image-img-20220309-wa0078 image-img-20220309-wa0080

Bu məhsuldar işlərin görülməsində Türkiyyənin tanınmış şairəsi Ayşə Birgül Yılmazın böyük dəstəyi və yaradıcılıq qatkısı var. Gövhər xanımın peşəkar və sıx işbirliyi Ayşə Birgül Yılmazla 1995-ci ildən Raksın Bakı nümayəndəliyinin açıldığı dövürdən bu günə qədər davam edir. Azərbaycan musiqisinə, sənətinə, mədəniyyətinə, adət-ənənələrinə və ümumiyyətlə Azərbaycana böyük sevgisi olan, gözəl qələm sahibi Ayşə Birgül Yılmaz, tamaşaçılarımıza Govhər Həsən-zadənin bəstələdiyi Kanun Yıldırımın və Ayla RAİ nin ifa etdiyi “Deyə-deyə”, İradə İbrahimovanın ifa etdiyi “Son qərar”, “Nəydi”, Aysel Əlizadənin ifa etdiyi “Ağlayınca”, Hazan Medetoğlu və Samir Piriyevin ifa etdiyi “Ben öyleyim” və bir çox populyar mahnıların söz yazarıdır.

image-img-20220309-wa0083 image-img-20220309-wa0084 image-img-20220309-wa0086

Bu məsuldar və uğurlu işbirliyinin daha bir nümunəsini “İstiyorum ” adlı mahnını bu gün Tamaşaçılara təqdim etmək istədik. Mahnının sözləri Ayşə Birgül Yılmaz, musiqisi Gövhər Həsən-zadə, aranjıman Selim Çaldıran, mix-master Candar Köker, klip yönetmeni Teoman Topçu, ifa Ayla İşıla aiddir.

Biz də Interval.Az saytının kollektivi adından sözü gedən yaradıcı kollektivə və müəlliflərə sonsuz uğur və müvəffəqiyyətlər diləyirik. Ümidvarıq ki, bu müsiqi tezliklə dəyərli tamaşaçılarımızın zövqünü oxşayan və sevilərək dinlənən mahnılardan olar.


  • whatsapp


Bütün xəbərlər