Şəmkirdə istixana və qazanxana yandı

Şəmkir rayonunun Dəllər Cəyir kəndində ümumi sahəsi 1400 m² olan istixanada yanğın başlayıb.

İnterval.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata əsasən, istixananın polietilen üzlüyü 30 m² sahədə, yaxınlıqda, ümumi sahəsi 10 m² olan qazanxana və tutumu 3 ton olan yağ çəni yanıb.

İstixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bütün xəbərlər