İranda daha 18 nəfər öldü, 24 nəfər yaralandı

İranın Tehran şəhərindən Gülüstan vilayətinin Kəlalə şəhərinə gedən avtobusun Mazandaran vilayətinin Savadkuh rayonunda dərəyə aşması nəticəsində 18 nəfər həlak olub.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İranın Təcili Yardım Təşkilatı məlumat yayıb.

Təşkilat bildirir ki, hadisə nəticəsində 24 nəfər yaralanıb.

Məlumata görə, yaralılar yaxın şəhərlərdə yerləşən xəstəxanalara yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.


Bütün xəbərlər