Mədəniz şiddətlə ağrıyırsa bunlardan qorxun! – SƏBƏBLƏR

Mədə ağrısı az qala hər kəsin başına gələn narahatlıqdır. Bununla bərabər qarın bölgəsində mədədən başqa da orqan daha var. Mədə ağrısının səbəbi mədə ilə yanaşı başqa orqanlar da ola bilər.

İnterval.Az medicina.az-a istinadən bildirir ki, ağrı qısa müddətli və gəlib-keçici ola bilər və ya sadəcə yemək yedikdən sonra müşahidə oluna bilər. Ancaq daha uzun müddət davam edən, davamlı ağrılara səbəb olan mədə narahatlıqları da mövcuddur.

Mədə ağrılarının səbəbləri:

-Mədədəki yemək və turşular qida borusuna gedir. Bu da xəstənin üst mədəsində və ya sinənin alt hissəsində mədə qıcqırması şəklində ağrılara səbəb olur. Çox yemək və ya səhv qidalanmaq (məsələn, çox yağlı) bu narahatlığı artıra bilər. Arıqlamaq, antiturşular və ya bəzi dərman müalicələri ağrıları xeyli dərəcədə azaldır.

-Laktoza süd və süd məhsullarında olan bir şəkər növüdür. Narahatlıq bu şəkərin həzm olunmaması ilə ortaya çıxır. Dünyada milyonlarla insanda görülən xəstəlikdir. Hətta süd və süd məhsullarının tərkibində olan şəkər laktozanı həzm edə bilənlərin sayı, həzm edə bilməyənlərin sayından azdır. Xəstələrdə süd və süd məhsulları istehlakı sonrası qarın ağrısı, qaz, mədə pozğunluğu, gəyirmə və ishal görülə bilər. Süd və süd məhsullarının istehlakından uzaq dayanmaq bu xəstələr üçün problemi azaldan həll yoludur.

-Stress yuxusuzluq, baş ağrısı və təzyiqə səbəb olduğu kimi mədə ağrılarına da səbəbi ola bilər. Çəki və iştaha itkisi, əsəbi bağırsaq sindromu stressdən yaranan qarın ağrılarının digər nəticəsidir. Diqqət edilməsi vacib olan bir məqam, bu problemlərin ikili istiqamətli olmasıdır. Yəni, stress qarın ağrılarına səbəb olduğu kimi, qarın ağrıları da stressə və depressiyaların səbəbi ola bilər.

-Bəzi insanların orqanizmi buğda, arpa, çovdar və tərkibində zülal olan qlutenə reaksiya göstərir. Bu narahatlığa qluten intoleransı deyilir. Bu xəstələrdə qluten nazik bağırsaq yaralarına yol açır. Bu zaman qidalar nazik bağırsaqda sorula bilmir. Xəstələr buğda, arpa və ya çovdar yeyəndə onlarda qarın ağrısı, qaz, şişkinlik və yorğunluq əlamətləri müşahidə olunur. Nazik bağırsağın qidaları sormada uğursuz olması, xroniki ishal, çəki itkisinə səbəb ola bilər.

-Heç bir dərman mənfi təsirsiz ötüşmür. Bu mənfi təsirlər arasında qarın və mədə ağrıları da var. Məsələn, sümük çatlamasının (osteoporoz) qarşısını alan, sümük möhkəmliyini qorumağa köməkçi olan və ağız yolu ilə alınan bifosfonatlar yemək borusunun alt hissəsində şişkinlik və ağrıya səbəb olur. Yenə də ağrıları azaltmaq üçün qəbul edilən buprofen və aspirin kimi steroid quruluşda olmayan anti inflamatuar dərmanlar yemək borusunun alt hissəsində şişkinlik və ağrıya səbəb olur. Mədə divarında ağrıya səbəb ola biləcək bu dərmanları uzun müddətli istifadə etmək mədə yarasına belə səbəb ola bilər.

-Mədə ağrısının əlamətlərini parazitlərlə əlaqələndirən azdır, ancaq parazitlər də mədə ağrılarına səbəb ola bilər. Bu narahatlıqlara səbəb olan bakteriyalar çox müxtəlif olsa da, ən çox görülənlər: Giardiaand Cryptosporidiumdur. Çirkli suları içmə, ya da çirkli hovuz və ya göllərdə üzmək bu bakteriyalara yoluxmağa səbəb ola bilər. İshal və mədə, ürək bulanması parazit mənşəli xəstəliklərin simptomlarıdır. Digər bakteriyalar çirkli və ya az bişmiş qidalarla da yoluxa bilər.

-Apendisitin iltihablanması nəticəsində yaranan və ağrlı qarın ağrısı ilə özünü müəyyən büruzə verən xəstəlikdir. Ağrı göbək dəliyi bölgəsində başlayır, ancaq daha sonra qarının sağ alt hissəsinə doğru yayılır. Yüngül qızdırma və titrəmə xəstəliyin digər əlamətləridir. Apendisit əməliyyat olunmadığı təqdirdə, hətta ölümlə nəticələnə bilər.

-Mədə və ya incə bağırsağın üst hissəsində yerləşən qoruyucu divarda yaranan zədə və ya oyuq xora əmələ gəlməsinə səbəb olur. Nazik bağırsaq yarasına mədə xorasına görə daha çox rast gəlinir. Bu zaman orta və üst qarında yemək sonrası ağrılar müşahidə edilir. Ən əhəmiyyətli səbəbi helikobakteriya pilori deyilən bakteriya növüdür. Xoranın müalicəsində antibiotiklər və antiturşular istifadə edilir.

-Qida zəhərlənməsi ilə yayılan virus və bakteriyalar ishal və mədə, ürəkbulanmasıyla birlikdə, qarın ağrısına da səbəb ola bilər. Ümumiyyətlə, əlamətlər bir-iki gün ərzində keçsə də, çox ciddi hallarda qida zəhərlənməsi ölümlə nəticələnə bilər. Əgər mədənizdə iltihab varsa, qida zəhərlənməsi ilə bərabər gələn qarın ağrısı daha uzun müddət davam edə bilər.

-Nazik və ya yoğun bağırsağın daxili hissəsində iltihablanma yara və tıxanmalara səbəb ola bilər. Bağırsaq iltihablanması diqqətlə müayinə edilməlidir. Çünki irəliləyən yaşlarda bağırsaq xərçənginə səbəb ola bilər.

-Çox geniş olmamasına baxmayaraq, qarın bölgəsində yer alan hər hansı bir orqanda (mədəaltı vəzi, mədə, öd kisəsi, yumurtalıq) görülən xərçəng bir müddət sonra mədə ağrısına səbəb ola bilər. Ürəkbulanma, iştahanın azalması, çəki itkisi, bağırsaq hərəkətlərində görünən dəyişiklik digər əlamətləri arasındadır.


Bütün xəbərlər