Dövlət Sərhəd Xidmətinin Atçılıq Mərkəzində süvarilər üçün inşa edilmiş qapalı manejə Dövlət Sərhəd Xidmətinin rəisi baxış keçirib.

 İnterval.Az  bildirir ki,  Avqust ayının 16-da Dövlət Sərhəd Xidmətinin Atçılıq Mərkəzində süvarilər üçün inşa edilmiş qapalı manejə Dövlət Sərhəd Xidmətinin rəisi baxış keçirib.

Mərasim iştirakçıları öncə hərbi hissə ərazisində yaradılmış şəraitlə tanış olub, Dövlət Sərhəd Xidmətinin Atçılıq Mərkəzinin xidməti fəaliyyəti ilə bağlı foto-sərgiyə baxış keçiriblər.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali qayğısı sayəsində ölkəmizdə idmanın bütün sahələrində olduğu kimi atçılıq idman növünün də inkişafının xüsusi diqqət mərkəzində saxlanıldığı, Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” atçılıq mərkəzinin “Süvarilər” qrupunun, çövkən, konkur, polo komandalarının respublika üzrə və digər ölkələrdə keçirilmiş mötəbər tədbirlərdə, beynəlxalq yarışlarda ölkəmizi yüksək səviyyədə təmsil edərək uğurlar qazandıqları qeyd olunub.

Ötən müddətdə “Sərhədçi” atçılıq mərkəzində beynəlxalq standartlara cavab verən ən müasir infrastrukturun yaradıldığı, xidməti heyvanların dövlət sərhədinin mühafizəsində istifadəsi üzrə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiq olunması, eləcə də ölkəmizdə atçılıq idman növünün təbliği və inkişafında, idman istedadlarının üzə çıxarılmasında, gənc nəslin təlim-tərbiyəsində milli ənənələrin və sağlam həyat tərzinin təbliğ edilməsi istiqamətində mərkəzin uğurlu fəaliyyət göstərdiyi vurğulanıb.

Yeni inşa edilmiş qapalı manejdə “Süvarilər” qrupu tərəfindən Qarabağ və Dilbaz atları üzərində xüsusi proqram nümayiş olunub, “Konkur” komandası nümunəvi çıxışlar edib və açıq manejdə “Cövkən” komandalarının oyunlarına baxış keçirilib.

Zamiq Yunisov

İnterval.Az  

Məqaləyə dair fotomateriallar:


Bütün xəbərlər