“Omicron”a yoluxanlar neçə günə sağalır?

 

“Omicron”a yoluxanlar neçə günə sağalır?

Xəbər veriyimiz kimi, artıq Azərbaycanda da “Omicron” ştammına yoluxma aşkarlanıb.

Bəs, yeni ştammı kimlər daha ağır keçirdir? Onun spesifik xüsusiyyətləri nələrdir?

Interval.az  xəbər verir ki, suallarla bağlı lent.az-a açıqlama verən Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, bu xəstəliyi 60 yaşdan yuxarı insanlar daha ağır keçirdir:

“Omicron”u da digər ştamlarda olduğu kimi risk qruplarına daxil olan şəxslər (60+, ağır xroniki xəstəliyi olanlar) daha ağır keçirir. Yaşa görə xəstələnmə hallarının sayının uşaq kontingentində əvvəlki ştamlarla müqayisədə bir qədər artdığı bildirilir. “Omicron” ştammına qarşı qoruyuculuq əldə etmək üçün tam (2 doz) peyvənd olunmalıdır. Əgər sonuncu dozdan 5-6 aydan çox vaxt keçibsə, 3-cü buster doz vurdurulmalıdır.

Baş infeksionist həmçinin bildirib ki, “omicron” ştammının törətdiyi xəstəlik kəskin respirator virus infeksiyalarına çox oxşardır və əsasən yüngül keçir:

“Onu digərlərindən fərqləndirən heç bir spesifik simptomu yoxdur. Yüngül xəstəlik hallarında “omicron” daha tez (5-7-10 günə) sağalır”

Interval.az

 


Bütün xəbərlər