Türkiyə səfirliyindən Heydər Əliyevlə bağlı paylaşım

Türkiyənin Azərbaycandakı səfirliyi ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı paylaşım edib.

Interval.Az xəbər verir ki, səfirliyin rəsmi tviter hesabında edilən paylaşımda qeyd olunub:

“Görkəmli dövlət xadimi, müstəqil və müasir Azərbaycanın qurucusu, mənalı həyatını öz xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevi vəfatının 19-cu ildönümündə dərin hörmət və ehtiramla yad edirik. Ulu öndərin ruhu şad, məkanı cənnət olsun!”.

Yıldray Arslan

Interval.Az 

 


Bütün xəbərlər