Ukrayna məhv etdiyi təyyarə və helikopterlərin sayını açıqladı

Son iki gün ərzində Ukrayna Hərbi Hava Qüvvələrinin Birləşmiş Qüvvələri Kiyev bölgəsindəki havadan müdafiə tədbirləri ilə azı səkkiz hava hədəfi məhv edib.

Interval.Az “qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

Bildirilib ki, aviasiya, “S-300” və “Buk-M1” zenit raket qüvvələrinin bölmələri 4 “Su-25” təyyarəsini və iki helikopteri məhv edib: “Hərbi Hava Qüvvələrinin bombardmançıları düşmən texnikasının sütunlarına raket-bomba zərbələri endirməyi davam etdirir. Beləliklə, bu günə qədər əməliyyat hesablamalarına əsasən, düşmənin 56 təyyarə və 82 helikopteri məhv edilib”.

Interval.Az


Bütün xəbərlər