Dörd nəfərin öldüyü qəzanın dəhşətli GÖRÜNTÜLƏRİ – VİDEO

Yanvarın 8-də Rusiyanın Moskva ətrafında baş vermiş ağır yol qəzasının görüntüləri təhlükəsizlik kamerasına düşüb.

İnterval.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident M5 “Ural” avtomagistralının 145-ci kilometrliyində Luxoviç şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Kadrlarda hərəkətdə olan TIR-ın “Citroen” markalı avtomobilə arxadan çırpıldığı, zərbənin şiddətindən “Citroen”in idarəetmədən çıxdığı və “KİA” ilə toqquşduğu görülür.

Moskva üzrə Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, daha 4 nəfər isə xəstəxanaya çatdırılıb.

http://


Bütün xəbərlər