Ehtiram Hüseynovun səhhəti ilə bağlı açıqlama

Əməkdar artist Ehtiram Hüseynovun ötən gün Heydər Əliyev Sarayında keçirilən “Qəfil gün doğsa bir gecə” adlı konsertdə səhhətində problem olması tamaşaçıların diqqətindən qaçmayıb. İfaçı yeriməkdə çətinlik çəkib və mahnıları oturuqlu səsləndirib.

Milli.Az xəbər verir ki, xanəndənin meneceri Nicat Axşam.az-a açıqlamasında Ehtiramın konsertdən bir neçə gün əvvəl ayağını zədələdiyini deyib:

“Ayağı burxulmuşdu və ağrıyırdı. Çox gəzə bilmirdi, ona görə də oturuqlu oxuyurdu. Həm də soyuqlayıb. Hazırda özünü yaxşı hiss edir”.

Qeyd edək ki, E.Hüseynov səhnəni Xalq artisti Nəzakət Teymurova və “Hicaz” qrupu ilə bölüşüb.


Bütün xəbərlər