Elmir Vəlizadə: “2019-cu ildə Azərbaycanda İKT gəlirləri 2,2 milyard dollara çatıb”

2019-cu ildə Azərbaycanda İKT gəlirləri 2,2 milyard dollara çatıb və ÜDM-in 1,8 faizini və qeyri-neft ÜDM-in 2,9 faizini təşkil edib.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Bakıda keçirilən “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” konfransında deyib.

O bildirib ki, rəqəmsal iqtisadiyyatın inkişafında əsas rolu infrastrukturun modernləşdirilməsi və artan tələbatın təmin olunması üçün imkanların yaradılması, müasir texnologiyaların tətbiqi, internet istifadəçilərinin sayının artması, elektron ticarətin genişlənməsi oynayır:

“Beynəlxalq Elektron Rabitə İttifaqının məlumatlarına əsasəm, 2019-cu ildə dünyada əhalinin 93 faizi 3G şəbəkəsindən istifadə edib. Azərbaycan bu göstəriciyə görə ortalama göstəriciləri üstələyir. Ölkənin 97,1 faizi bu şəbəkə ilə əhatə olunub. Əhalinin 80 faizi internet istifadəçisidir, 75 faizi də genişzolaqlı internet istifadəçisidir”.

2019-cu ildə Azərbaycanda İKT gəlirləri 2,2 milyard dollara çatıb və ÜDM-in 1,8 faizini və qeyri-neft ÜDM-in 2,9 faizini təşkil edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Bakıda keçirilən “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” konfransında deyib.

Bütün xəbərlər