Hulusi Akar israilli həmkarı ilə danışdı

Türkiyənin milli müdafiə naziri Hulusi Akar israilli həmkarı Benyamin Qans ilə telefonla danışıb.

Bunu Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, telefon danışığı zamanı iki ölkə arasındakı qarşılıqlı əlaqələrdən və hörmət əsasında inkişaf etdirilməsinin vacibliyindən söhbət aparılıb.

Türkiyəli nazir səlahiyyət müddəti başa catan həmkarına verdiyi töhfəyə görə təşəkkür edib.

Yıldray Arslan

Interval.Az


Bütün xəbərlər