Bir saatlıq dilənçi obrazına girən müxbirə əlxaqsız təklif

CNN Türk-ün qadın müxbiri sosial test məqsədi ilə dilənçi kimi geyinərək küçədə dilənməyə başlayıb.

İnterval.Az Milli.Az-a istinadla xəbər verir ki, müxbir Sema Akbulut 1 saat ərzində 47 lirə toplayıb. Onun dilənçilik etdiyi əsnada müxbirə əxlaqsız təklif edən də olub.

Kağız toplayan orta yaşlı kişi müxbirin dilənçi olduğunu düşünərək ona “birlikdə olaq?” sualını verib, sonra da dəfələrlə təkid edib.


Bütün xəbərlər