“WhatsApp” 10 ildən çox gözlənilən funksiyanı sınaqdan keçirir

Populyar “WhatsApp” messencerində köhnə problem – eyni vaxtda bir neçə qurğuda işləməyin qeyri-mümkünlüyü həll ediləcək.

Şirkət “WhatsApp” messencerinin eyni vaxtda yalnız bir neçə qurğuda işləməsini deyil, həm də smartfona qoşulmadan işləyən vebkliyenti sınaqdan keçirir. Hazırda sözügedən messencer konkret qurğu və telefon nömrəsinə bağlı işləyir.

Hələ ki yeni funksiya beta-test mərhələsindədir.


Bütün xəbərlər