Mahsun və “Kurtlar Vadisi”nin “Zaza”sı Bakıya gəlir – FOTO

Mahsun Kırmızıgül Bakıya gəlir.

İnterval.Az Milli.Az-a istinadən xəbər verir ki, Türkiyənin məşhur müğənnisi, rejissor və aktyoru Mahsun Kırmızıgül 2020-ci ilin birinci ayında paytaxtımıza qonaq gələcək. O, yanvarın 12-də otellərin birində təşkil olunan qala gecəsinə qatılacaq.

“Mucize-2” filminin qalasında Mahsunla birgə digər türkiyəli tanınmışlar da (Melis Sezen, Biran Damla Yılmaz, Ali Sürmeli, Mert Turak) iştirak edəcəklər.

Qeyd edək ki, bu, Mahsun Kırmızıgülün Bakıya ilk gəlişi deyil.

 


Bütün xəbərlər