ABŞ iqtisadiyyatı son altı ildə ilk dəfə kəskin azalıb

2020-ci ilin birinci rübündə ABŞ-ın ümumi daxili məhsulu ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz azalıb.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyinin hesabatında deyilir.

Bu, son 6 ildə birinci rüb ərzində qeydə alınan ən aşağı göstərici olub. Bu göstərici, həmçinin 2008-ci ilin dördüncü rübündən sonra ən aşağı göstəricidir. Həmin dövrdə ölkə iqtisadiyyatı qlobal maliyyə böhranı fonunda 8,4 faiz azalmışdı.

Qeyd edək ki, 2019-cu ilin dördüncü rübündə ABŞ iqtisadiyyatı 2,1 faiz artım nümayiş etdirmişdi.


Bütün xəbərlər