Aygün Kazımova: “Səhər, günorta, axşam piti yeyəcəm”

“Repertuarımdakı mahnılara son vaxtlar çox müraciət olunur. Mənə maraqlıdır ki, onları kim necə ifa edəcək. Əsas odur ki, konta dəyişilməsin. Çoxunu bəyənirəm. Ad çəkməyim, kimisə unudaram. Elə başa düşərlər ki, bəyənməmişəm. Hamısı yaxşı ifa edir.”

İnterval.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Aygün Kazımova “X maqazin”ə açıqlamasında deyib. Müğənni mahnılarını oxuyan sənətçiləri tərifləyib.

Kazımova xanımlara da məsləhət verib. O, qadınları bayram ərəfəsində pəhrizi kənara atmağa səsləyib:

“Rayonlara gedəndə pəhrizi pozmamamq günahdır. Ona görə mənə inanın. Dincəlməyə gedirsinizsə, qoyun pəhrizi kənara, yeyin. Bayramda Şəkidə olacam. Söz vermişəm ki, səhər, günorta, axşam piti yeyəcəm.

Özüm də yaxşı yemək bişiriəm və dadlı alınır”.


Bütün xəbərlər