Ölkəyə qaçaq yolla gətirilən saxta içkilər – Mahaçqala, Dərbənd tərəfdə, gizlədilmiş yolla… – VİDEO

Çatdırma xidmətinin əməkdaşı: “Həmin içkilər Gəncədə var, Xırdalanda var, bir də Şamaxıda. Götürürlər, yerləri tapırlar aparıb verirlər”.

Bu, bir kuryerin etirafıdır. Və bəlli olur ki, hələ də saxta spirtli içki hazırlayan şəxslər və sexlər öz fəaliyyətini hələ də davam etdirir. Bahalı brendlərin etiketi vurulmuş saxta içkilər satış mərkəzlərinə çox ucuz qiymətə paylanılır.

İnterval.Az Milli.Az-a istinadən bildirir ki, mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Çatdırma xidmətinin əməkdaşı: “Maya dəyəri 10 manatdır. 20 manata satırlar, satış mərkəzləri də həmin qiymətə satırlar”.

Daha çox qazanmaq istəyinə görə satış nöqtələri ucuz qiymətə aldığı mənşəyi bilinməyən bu məhsullari öz müştərilərinə təklif edir. Saxta içkilərin tərkibinə qatılanlar isə insana ölümlə nəticələnən sərxoşluq gətirir.

Vüqar Mikayılov – Professor: “Tərkibində metil spirti olan bizim düşündüyümüz spirtdi. Ancaq bu keyfiyyətli spirt yox, distillə proesesində baş fraksiya ilə quyruq fraksiyanın qarışığıdır. Adicə 4 millilitr orqanizmə metil spirti düşdükdə insan artıq zəhərlənir. Spirtin miqdarı 30-a çatdıqda isə ölümə səbəb olur”.

Mütəxəssislər deyirlər ki, əksər hallarda bu məhsulların hazırlanması üçün xammal yerli zavodlardan əldə edilir. Eyni zamanda, saxta içki istehsalı zamanı bir çox texnoloji proseslərə də düzgən əməl edilmir.

Vüqar Mikayılov – Professor: “Əsasən də, xammalı spirt zavodlarından əldə edirlər, konyak zavodlarından əldə edirlər. Qatqılar qatmaqla, əlavə ətir verən maddələr qatmaqla hazırlanır. Məsələn, rəng almaq üçün koller və digər qatqılar vurulur. Belə bir aromat əlavə etməklə viski hazırlayırlar. Amma bunun üstündə işləmələr aparılmayıb”.

Mütəxəsisslər deyirlər ki, aparılan silsilə əməliyyat axtarış tədbirləri yerli saxta spirtli içki bazarına öz təsirini göstərsə də, ölkəyə qaçaq yolla da belə məhsullar gətirilir.

İsmayıl Zalov – Ekspert: “Dəmiryolu ilə gətirilməsi, əsasən də qaçaq yolla gətirilməsi baş verir. Gizli yerlər var, onu da bilirlər. Mahaçqala, Dərbənd tərəfdə, gizlədilmiş yolla Azərbayacana daxil edirlər”.

İlkin Bağırov – Gömrük Komitəsinin idarə rəisi: “2019-cu il ərzində aksiz markası olmayan, habelə marka olmadan, satma, satış məqsədi ilə saxlama və qaçaqmalçılıq yolu ölkəyə gətirlməsinə cəhd edilən ümumilikdə 82 fakt üzrə 130 980 manat dəyərində, 80 894 litr həcmində spirtli içkilər saxlanılıb”.

Təkcə ötən ilin son ayında standartlara cavab verməyən spirtli içkilərdən 4 nəfər ölüb, 1 nəfər kor olub, 13 nəfər isə ağır zəhərlənmə ilə xəstəxanalara yerləşdirilib.

http://


Bütün xəbərlər