Moskvada müharibə əleyhinə aksiyada 300 nəfər saxlanılıb

Rusiya Daxili İşlər Nazirliyi Moskvada Ukrynadakı müharibə əleyhinə təşkil olunan icazəsiz aksiyada 300 nəfərin saxlanıldığını bildirib.

Bu barədə bazar günü DİN-in Moskva Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, saxlanılanlar ictimai asayişi pozduqlarına görə onlar barəsində cinayət işi başlanılması üçün ərazi üzrə polis idarələrinə aparılıb.

Interva.Az


Bütün xəbərlər