“O vaxt mənə kollecin dəhlizinin əməkdar və xalq artisti deyirdirlər” – Məktəb illəri

Məktəb illəri ömrün ən şirin, qayğısız illərinə təsadüf edir. Ona görə, o illər yada düşəndə hər kəsin danışmağa sözü, xatirəsi çox olur.

İnterval.Az kaspi.az-a istinadən bildirir ki, gənc tarzən Humay Qədimova uşaqlıq illəri ilə bağlı elə çox xatirəsi olmasa da, kollec dönəmindən xatirələri boldur.

Onlardan birini bizimlə bölüşdü: “Uşaqlıq xatirələrim o qədər də zəngin deyil. Uşaq vaxtı həyətə düşüb oynadığımızı belə xatırlamıram. Anam həmişə deyirdi ki, avara uşaqlar həyətdə oynayar. Təhsil aldığım kollecdə maraqlı hadisələr olub. İndi də kollecdən məni tanıyanlar bunu deyirlər. Deməli, dərsə gedirdim, dərsdən sonra axşama qədər kollecin dəhlizində tar ifa edirdim. Hətta deyirlər ki, axşam qarovulçu ilə birlikdə kollecin qapısını bağlayıb gedirdin. O vaxt mənə kollecin dəhlizinin əməkdar və xalq artisti deyirdirlər”.


Bütün xəbərlər