“Həbib məndən qaça bilər, ancaq gizlənə bilməz” – Konor Makqreqor

UFC-nin sabiq çempionu Konor Makqreqor titulun sahibi Həbib Nurmaqamedovla Moskvada qarşılaşmaq istədiyini növbəti dəfə açıqlayıb.

İnterval.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə o, ESPN-ə müsahibəsində deyib:

“Bu ili Həbiblə Moskvada görüşlə bitirmək istərdim. Bu, baş verməlidir. Mən Moskvada olmuşam. Gözəl şəhərdir. Həbib məndən qaça bilər, ancaq gizlənə bilməz”.

Xatırladaq ki, Həbib və Konor 2018-ci ilin oktyabrında qarılaşıblar. Həmin görüşdə dağıstanlı idmançı 4-cü raundda qələbə qazanıb. Bundan sonra Konor onu yenidən döyüşə çağırıb. Həbib Nurmaqamedovun meneceri Əli Abdel-Əziz isə Makreqorla döyüşün onları maraqlandırmadığını söyləyib.


Bütün xəbərlər