Parlamentdə kişilər üçün pensiya yaşının 60, qadınlar üçün 50 olması təklif edilib

“Azərbaycanda ictimai rəy indiki pensiya yaşı həddini qəbul etmir. Hesab edirəm ki, bu da düzgündür”.

Interval.Az bildirir ki, bunu bu gün Milli Məclisdə “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, ölkədə uzun ömürlülük yaşı o qədər də yuxarı deyil: “İnsanlar 60 yaşdan sonra müxtəlif səbəblərdən xəstəliklə yaşayır. Kişilərin pensiyaya çıxması üçün yaş həddini 60, qadınlar üçün 50 etsək, daha optimal olar”.

Interval.Az


Bütün xəbərlər