“Avrokuboklara vəsiqə üçün mübarizə aparacağıq” – “Qəbələ”nin futbolçusu

“Türkiyə toplanışının bir həftəsini arxada qoymuşuq. Məşqlərimizi planlı şəkildə davam etdiririk. Hazırlıq prosesi istədiyimiz şəkildə gedir. Futbolçular məşqlərdə səylə çalışırlar”.

İnterval.Az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Qəbələ”nin futbolçusu Amin Seydiyev klubun rəsmi saytına açıqlamasında komandanın Antalyadakı təlim-məşq toplanışı haqda danışarkən deyib.

Gənc müdafiəçi Macarıstanın MTK və Rusiyanın “Çayka” klublarına qarşı keçirillən iki yoxlama oyunu barədə də danışıb: “Bütün oyunçular istəklidirlər. Hər birimiz məşqçilərin verdiyi tapşırıqları tam yerinə yetirməyə çalışırıq. Düşünürəm ki, toplanışın qalan hissəsində də bu tempdə çalışıb, mövsümün ikinci yarısına tam hazır olacağıq. Antalyada iki yoxlama matçı keçirmişik. Belə oyunların nəticəsi vacib olmur. Lakin yoxlama görüşü olmasına baxmayaraq, qarşılaşmalara ciddi hazırlaşmışıq. Bu oyunlarda da verilən tapşırıqları yerinə yetirib, lazımi səviyyəyə çatmaq üçün əlimizdən gələni edirik. Çünki bu matçlar çox faydalıdır. Həm hazırkı durumumuzu bilir, həm məşqçilərin istəyinə uyğun olaraq fərqli mövqelərdə özümüzü yoxlayırıq. Qarşıda daha iki yoxlama matçı olacaq. Bu matçlardan da maksimum faydalanmağa çalışacağıq”.

Amin mövsümün ikinci yarısında uğurlu nəticə üçün çalışacaqlarını vurğulayıb: “Mövsümün ikinci yarısına qısa müddət qalıb. Həm çempionatda, həm də kubokda vacib görüşlərimiz olacaq. Hər iki turnirdə uğurlu oyunlar keçirmək istəyirik. İlk yarının sonlarında yaxşı nəticələr qazandığımız matçların sayını artırmaq əzmindəyik. Oyunumuzla azarkeşlərimizi sevindirmək, avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparacağıq”.


Bütün xəbərlər