Ərdoğan Co Baydenlə Ukraynadakı vəziyyəti müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb.

Interval.Az bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Danışıq zamanı regional hadisələr, o cümlədən Rusiya-Ukrayna hadisələri, Türkiyə-ABŞ münasibətləri müzakirə edilib.

Ərdoğan Türkiyə-Rusiya-Ukrayna xarici işlər nazirləri toplantısının Antalyada təşkil edilməsinin də özlüyündə diplomatik bir qələbə olduğunu vurğulayıb.

Interval.Az


Bütün xəbərlər